Bolqarıstanda “exit-poll”un nəticələri məlum olub

Bolqarıstanda “exit-poll”un nəticələri məlum olub
# 21 noyabr 2021 23:03 (UTC +04:00)

Bolqarıstanda prezident seçkilərinin nəticələri rəsmən elan edilməsə də, bir neçə təşkilatın keçirdiyi “exit-poll”un nəticələri məlum olub.

APA-nın xəbərinə görə, səsvermənin ikinci turunda hazırkı prezident Rumen Radev və onun rəqibi Anastas Qercikov mübarizə aparıblar.

“Gallup International” təşkilatının keçirdiyi “exit-poll”un nəticələrinə görə Radev seçicilərin 65.7%-nin səsini qazanıb. “Alpha Research” təşkilatının keçirdiyi rəy sorğusunda nəticə 63.7%, “Trend”in sorğusunda isə 64,5% təşkil edib.

Mərkəzi seçki Komissiyasının saat 17.00-a olan məlumatına görə seçici fəallığı 24.12% olub.

Qeyd edək ki, noyabrın 14-də keçirilən birinci turda R. Radev seçicilərin 49,41 faizinin, A. Qercikov isə seçicilərin 22,82 faizinin səsini alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR