Borrell: “Aİ Rusiya və Çinin Əfqanıstandakı vəziyyəti nəzarətə götürməsinə imkan verməməlidir”

Cozep Borrell

© APA | Cozep Borrell

# 19 avqust 2021 12:16 (UTC +04:00)

“Avropa İttifaqı (Aİ) Rusiya və Çinin Əfqanıstandakı vəziyyəti nəzarət altına almasına və Kabilə sponsor olmasına imkan verməməlidir”.

APA-nın xəbərinə görə, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin Xarici işlər Komitəsinin Əfqanıstanla bağlı hibrid formada keçirilən iclasında çıxışı zamanı deyib.

Aİ-nin Ali Nümayəndəsi Əfqanıstanda baş verən son hadisələri fəlakət və kabus kimi xarakterizə edib və əlavə edib ki, "Taliban"ın hakimiyyətə belə sürətlə gələcəyi ilə bağlı Qərb kəşfiyyatı da yanılıb: “Bu həm də kəşfiyyatın uğursuzluğudur. Bəlkə hətta "Taliban" belə sürətlə ölkəni nəzarətə alacağını gözləmirdi”.

C. Borrell deyib ki, gələcəkdə Əfqanıstanda vəziyyətin necə olacağı məlum deyil: “Aİ olaraq beynəlxalq tərəfdaşlarla danışıqlar aparırıq, ABŞ dövlət katibi Blinkenlə telefon danışığım oldu. Biz vəziyyəti və imkanları müzakirə etdik”.

O vurğulayıb ki, Aİ Rusiya və Çinin Əfqanıstandakı vəziyyəti nəzarət altına almasına imkan verməməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR