Bosfor boğazında Rusiyaya məxsus "Rusiç-10" və Türkiyənin "Tahsin İmamoğlu" quru yük gəmiləri toqquşub.
APA-nın məlumatına görə, bu barədə Türkiyənin sahil xidmətinin açıqlamasında deyilir.
"Toqquşma nəticəsində ölən və ya yaralanan olmayıb, zərər yalnız birbaşa gəmilərə dəyib. Hadisə yerinə mühafizə yedəkləri göndərilib", - açıqlamada bildirilir.
***
11:11
Bosfor boğazında Rusiyanın quru yük gəmisi Türkiyə gəmisi ilə toqquşub.
APA-nın məlumatına görə, bu barədə Türkiyənin sahil xidməti xəbər verir.
Ölən və yaralananların olmadığı bildirilir.