Böyük Britaniyanın Baş naziri və maliyyə naziri karantinə alınır

Böyük Britaniyanın Baş naziri və maliyyə naziri karantinə alınır
# 18 iyul 2021 14:12 (UTC +04:00)

Boris Conson və maliyyə naziri Rishi Sunak özünü təcrid edəcəklər

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, buna səbəb Britaniya Baş naziri və maliyyə naziri Rishi Sunakın koronavirus testinin cavabı müsbət çıxan səhiyyə naziri Sacid Cavidlə dünən təmasda olmasıdır.

Baş nazirin ofisindən qeyd ediblər ki, o, görüşlərini onlayn formada həyata keçirəcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Baş nazirin təcrid olunmayacağı, bunun yerinə hər gün COVİD testi olunacağı bildirilmişdi. Ancaq bunun mediada tənqid olunacağı ehtimalından sonra baş nazir geri addım atmağa məcbur qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR