Britaniya polisi ölkə tarixində ən gənc narkotik satıcısını saxlayıb

Britaniya polisi ölkə tarixində ən gənc narkotik satıcısını saxlayıb
# 07 iyun 2021 05:29 (UTC +04:00)

Britaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Birləşmiş Krallıq tarixində ən gənc narkotik satıcısı olan şəxsi saxlayıblar.

APA “Mirror” nəşrinə istinadən xəbər verir ki, söhbət doqquz yaşlı ibtidai sinif şagirdindən gedir.

Nəşrin yazdığına görə, o, çatdırılma məqsədi ilə qadağan edilmiş maddə saxladığı üçün polis tərəfindən tutulub.

Ancaq polislər hələ 10 yaşı tamam olmadığı üçün uşağa qarşı ittiham irəli sürə bilməyiblər. İngiltərə və Uelsdə cinayət məsuliyyəti bu yaşdan etibarən başlayır.

Polisin qənaətinə görə, oğlanı narkotik maddələri valideynlərindən birinə və ya böyük qardaşına, bacısına ötürməyə məcbur ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR