Britaniyada “Johnson&Johnson” peyvəndinin istifadəsi təsdiqlənib

Britaniyada “Johnson&Johnson” peyvəndinin istifadəsi təsdiqlənib
# 28 may 2021 16:42 (UTC +04:00)

Böyük Britaniyanın Dərman və Səhiyyə Məhsullarını Tənzimləmə Agentliyi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tək dozalı “Johnson&Johnson” peyvəndinin istifadəsini təsdiqləyib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, peyvəndin COVID-19-a qarşı 67 faiz effektiv olduğu bildirilib.

Bəzi araşdırmalara görə peyvənd xəstələnmə və ölümdən tam qorumada yüksək effekt daşıyır.

““Johnson&Johnson” tək dozalı peyvənd olduğu üçün qarşıdakı aylarda əhəmiyyətli rol oynayacaq”, - deyə Britaniyanın səhiyyə naziri Matt Hankok qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR