Britaniyada son sutkada 35 707 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

Britaniyada son sutkada 35 707 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb
# 09 iyul 2021 19:50 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 35 707 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Britaniya müxbirinin xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bununla da koranavirusa yoluxanların ümumi sayı 5 058 093 nəfərə çatıb.

Son sutka ərzində koronavirusdan 29 nəfər həyatını itirib. Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 128 365 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR