Bu gündən İsraildə karantin məhdudiyyətləri ləğv edilib

Bu gündən İsraildə karantin məhdudiyyətləri ləğv edilib
# 01 iyun 2021 03:19 (UTC +04:00)

İsrail hökuməti ölkədə koronavirusa yoluxma səviyyəsinin müsbətə doğru dəyişməsi səbəbindən iyunun 1-dən, demək olar ki, bütün karantin məhdudiyyətlərini ləğv edib.

APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin nümayəndəsi yerli "Kan" radiosuna açıqlamsında bildirib.

Lakin buna baxmayaraq, qapalı yerlərdə məcburi maskalardan istifadə qüvvədə saxlanılıb. Eyni zamanda ölkə vətəndaşlarının yoluxmanın yüksək olduğu ölkələrə səyahət etməsi ilə bağlı qadağa da götürülməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR