Çavuşoğlu finlandiyalı həmkarı ilə Qarabağ mövzusunda müzakirə aparıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

© APA | Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

# 08 iyul 2021 18:06 (UTC +04:00)

“Finlandiya ilə ikitərəfli əlaqələrimizlə yanaşı Dağlıq Qarabağ, Kipr, Liviya, Ukrayna, Afrika, Qaradəniz kimi regional mövzularda, o cümlədən miqrantlar məsələsilə bağlı geniş müzakirələr apardıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Finlandiyanın paytaxtı Helsinkidə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu finlandiyalı həmkarı Pekka Olavi Haavisto ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Finladiya XİN başçısı ilə çox əhəmiyyətli görüşləri olduğunu deyən M. Çavuşoğlu Türkiyə-Avropa İttifaqının əlaqələrində bu ölkənin roluna böyük önəm verdiyini vurğulayıb.

M. Çavuşoğlu Finlandiya ilə Türkiyənin BMT-də vasitəçi dostluq qrupu və həmsədr olaraq münaqişələrin həllində birgə fəaliyyətlərinin olduğunu qeyd edərək, Afrikada, Yaxın Şərqdə və Qafqazda hər iki ölkənin dəstək güclərinin birləşdirildiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR