Çavuşoğlu: “Türkiyə ilə yanaşı bir çox ölkələr miqrant məsələsində əziyyət çəkir”

Çavuşoğlu: “Türkiyə ilə yanaşı bir çox ölkələr miqrant məsələsində əziyyət çəkir”

© APA | Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

# 08 iyul 2021 18:23 (UTC +04:00)

“Türkiyə demokratik ölkədir və Avropa İttifaqına üzvlük üçün öhdəliklərini yerinə yetirir. Hazırda bu istiqamətdə hökumətimiz islahatlarını davam etdirir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Helsinkidə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Türkiyədə iki il öncə məhkəmə islahatlarının icra edildiyini bildirən M. Çavuşoğlu bu il də insan haqlarına aid tədbirlərlə bağlı islahatlar həyata keçiriləcəyini qeyd edib: “Bu istiqamətdə eyni zamanda Avropa Şurası ilə də əməkdaşlığımız davam edir. Zatən Türkiyə Avropa Şurasının qurucularından biridir. Bizim dövlətimiz və cəmiyyətimiz bu islahatları həyata keçirməkdə qərarlıdır”.

Hazırda Türkiyənin 4 milyon miqranta ev sahibliyi etdiyini deyən nazir ikinci yerdə Əfqanıstanın gəldiyini və yeni köç dalğasının gözləndiyini vurğulayıb: “Biz bu çərçivədə regiondakı ölkələrlə əməkdaşlıq qurmağa çalışırıq, çünki onların da ciddi narahatlıqları var. Məsələn, Özbəkistan, Tacikistan, Türkmənistan və İran. Bu mövzuda Türkiyə, Əfqanıstan və İran Antalya Diplomatik Forumunda üçtərəfli görüş keçirdi. Başda Türkiyə olmaqla bir çox ölkə, o cümlədən Avropa İttifaqı qanunsuz miqrantlar məsələsindən əziyyət çəkir, bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığa ehtiyacımız var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR