Çavuşoğlu Ukraynanın Avropa-Atlantik ailəsinə qatılmasını önəmli hesab edir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

© APA | Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

# 07 iyul 2021 12:16 (UTC +04:00)

“Bu gün Ukrayna ilə həmrəy olduğumuzu nümayiş etdirmək üçün buraya gəldik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vilnüsdə keçirilən Dördüncü Ukrayna İslahatı Konfransında çıxışında bildirib.

M.Çavuşoğlu deyib ki, Türkiyə bu islahatın sonunda daha güclü Ukraynanın olmasını arzu edir və Krım böhranının sona çatmasında uğurlu nəticə əldə edəcəyinə inanır: “Ukrayna iqtisadi və hərbi sahədə bir çox çətinliklərə rəğmən güclü və iddialı islahat ortaya qoyub. Biz bu islahatların ən qısa zamanda həyata keçməsini arzu edirik. Ukrayna hökumətini və prezidentini bu islahat müddətində nümayiş etdirdiyi uğurlara görə təbrik edir, Ukrayna parlamentinin Krım xalqını bu bölgənin yerli xalqı olaraq qəbul etməsilə əlaqədar təşəkkür edirik”.

M.Çavuşoğlu Ukraynanın Avropa-Atlantik ailəsinə qatılmasını son dərəcə önəmli hesab etdiyini vurğuayıb.

Türkiyə XİN başçısı Ukrayna və NATO arasında əlaqələrin genişlənməsinin daha güclü və müstəqil Ukraynanın formalaşamasında əhəmiyyətli hesab etdiyini deyib: “Ukraynanın öz xalqına güvənməsini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağını əhəmiyyətli hesab edirik. Bu baxımdan Türkiyə olaraq Ukraynanın islahat aparmaq cəhdlərini dəstəkləməyə davam edəcəyik. Gələcəkdə belə bir islahatlar konfransının Türkiyədə keçirilməsini arzu edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR