Çavuşoğlu: “Yunanıstan XİN rəhbəri gündə 3-4 dəfə Türkiyədən başqalarına şikayət etməsə, dayana bilmir”

Nikos Dendias, Mövlud Çavuşoğlu

© APA | Nikos Dendias, Mövlud Çavuşoğlu

# 28 oktyabr 2021 11:39 (UTC +04:00)

"Yunanıstanın xarici işlər naziri uşaq kimi ağlayıb, gündə 3-4 dəfə Türkiyədən başqalarına şikayət etməsə, dayana bilmir".

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində bildirib.

O, yunanıstanlı həmkarı Nikos Dendiasla dost münasibətlərinə malik olduğunu diqqətə çatdırıb.

XİN rəhbəri vurğulayıb ki, Şərqi Aralıq dənizində Türkiyə əleyhinə yönəlmiş planı pozublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR