Çexiyada kiçik təyyarə qəzaya uğrayıb, ölənlər var

Çexiyada kiçik təyyarə qəzaya uğrayıb, ölənlər var
# 27 avqust 2021 21:45 (UTC +04:00)

Çexiyanın qərbində, Most şəhərindəki “Branyanı” aerodromunda kiçikhəcmli təyyarənin qəzaya uğrayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə polis rəsmisi Alena Bartoşova jurnalistlərə verdiyi açıqlamada bildirib.

“İki nəfərin öldüyü təsdiqləyə bilərəm, onlardan biri yetkin insan, digəri isə azyaşlıdır. Hazırda yanğınsöndürənlər, həkimlər, eləcə də aviaqəzaların səbəblərinin araşdırılması üzrə institutun nümayəndələri hadisə yerində işləyirlər”, - Bartoşova belə deyib.

Bundan bir neçə saat əvvəl də Çexiyanın Brno şəhərindən havaya qalxan kiçikhəcmli təyyarənin Slovakiyanın Skalitsa şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində üç nəfər ölüb. Bu barədə jurnalistlərə Slovakiya Yanğından Mühafizə İdarəsinin nümayəndəsi Katarina Krijanova məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR