Çexiyada peyvənd olunmaq istəyənlərin sayı kəskin artıb

Çexiyada peyvənd olunmaq istəyənlərin sayı kəskin artıb
# 22 noyabr 2021 07:21 (UTC +04:00)

Çexiyada son 3 gündə vaksin olunmaq istəyənlərin sayında kəskin artım müşahidə edilib.

APA-nın xəbərinə görə bu gündən etibarən vaksin olunmayanlara qarşı ciddi məhdudiyyət tətbiq edilməsi peyvəndə marağı artırıb.

Həftə sonları klinikaların qarşısında uzun növbələr yaranıb. Bəzi yerlərdə insanlar 4 saatadək növbədə gözləməli olublar. Çexiya televiziyasının məlumatına görə ölkədə peyvənd olunmayan şəxslər faktiki olaraq qapanmaya məruz qalıblar. Onların idman zalları, teatr, sərgi və muzeylərə girişi qadağandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR