Çexiyada tornado nəticəsində təxminən 150 nəfər xəsarət alıb, ölənlər var

Çexiyada tornado nəticəsində təxminən 150 nəfər xəsarət alıb, ölənlər var
# 25 iyun 2021 02:27 (UTC +04:00)

Çexiyanın cənub-şərqində baş vermiş tornado və güclü külək nəticəsində ölənlər olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə xilasedicilər bildirib.

“Ölənlərin olduğunu təsdiqləyə bilərəm, ancaq onların dəqiq sayını hələ bilmirik”, - Çex Respublikasının Birləşmiş xilasetmə və yanğınsöndürənlər xidmətinin nümayəndəsi Hedviqa Kropaçkova jurnalistlərə açıqlamasında belə deyib.

Bundan əvvəl o qeyd edib ki, ölkənin cənub-şərqindəki Cənubi Moraviya bölgəsində xilasedicilər güclü külək və tornado səbəbindən uşaqlar da daxil olmaqla 150 yaralının olduğunu qeydə alıblar.

Xilasedicilər Cənubi Moraviya bölgəsində ümumilikdə yeddi yaşayış məntəqəsinin tornadodan ziyan gördüyünü bildiriblər. Yaşayış binalarının dağıntıları altında qalanlar var, hazırda xilasetmə işləri aparılır. H.Kropaçkovanın həmkarı Yaroslav Mikoşka əlavə edib ki, təbii fəlakətdən ən çox Qruşki, Lujitse, Moravska-Nova-Ves və Mikulçitse kəndləri zərər görüb.

Əsasən 1640 sakini olan Qruşki kəndinin rəhbəri Marek Babişin dediyinə görə, tornado bu yaşayış məntəqəsinin yarısını məhv edib. O bildirib ki, bir neçə kənd sakini yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR