Conson və Bayden G7 sammiti öncəsi görüşüb

ABŞ prezidenti Co Bayden və Britaniyanın Baş naziri Boris Conson

© APA | ABŞ prezidenti Co Bayden və Britaniyanın Baş naziri Boris Conson

# 10 iyun 2021 22:42 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Consonla ABŞ prezidenti Co Bayden arasında sabah Britaniyada keçiriləcək G7 sammiti öncəsi görüş olub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, liderlər Britaniya və ABŞ arasındakı münasibətləri müzakirə ediblər.

1 saat 20 dəqiqə davam edən görüşdən sonra Boris Conson ABŞ prezidenti ilə danışıqların yaxşı keçdiyini bildirib.

"Bayden rəhbərliyini və Co Baydeni dinləmək çox gözəldir, çünki NATO-da iqlim dəyişikliyinə dair bir çox mövzuda onların bizimlə birlikdə etmək istədikləri çox şey var", - deyə B.Conson bildirib.

Qeyd edək ki, "Böyük Yeddilər"in (G7) zirvə toplantısı 11-13 iyun tarixlərində Britaniyanın Kornval bölgəsinin Karbis Bey kurort şəhərciyində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR