Danimarkanın səhiyyə naziri koronavirusa yoluxub

Maqnus Henik

© APA | Maqnus Henik

# 08 dekabr 2021 05:38 (UTC +04:00)

Brüsseldə Avropa səhiyyə nazirlərinin iclasına gələn Danimarkanın səhiyyə nazirində koronavirus aşkarlanıb.

APA-nın xəbərinə görə, iclasdan əvvəl bütün qonaqlar test edilib. Danimarkalı nazir Maqnus Henikin nəticəsi müsbət çıxdığı üçün o, qaldığı oteldə təcrid olunub. Faktı Danimarka hökuməti də təsdiq edib.

Hazırda təcrid rejimimdə olan nazir “Facebook” səhifəsində yalnız boğaz ağrısından əziyyət çəkdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR