Dünyada son sutkada koronavirusa 461 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 461 mindən çox yoluxma qeydə alınıb
# 27 may 2021 05:11 (UTC +04:00)

Dünyada son sutka ərzində 461 347 nəfər koronavirusa yoluxub, 10 628 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 167 492 769 yoluxma hadisəsi, 3 482 907 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın (230 276) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (122 464) ilə Avropa (49 586) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR