Emmanuel Makrona yumurta atıblar - VİDEO

Emmanuel Makron

© APA | Emmanuel Makron

# 27 sentyabr 2021 16:41 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makrona yumurta atıblar.

APA-nın xəbərinə görə, insident Lion şəhərində baş verib.

Belə ki, restoran ticarəti ilə bağlı sərgidə naməlum şəxs Fransa Prezidentinə yumurta atıb və “Yaşasın inqilab!” şüarını səsləndirib.

Həmin şəxs dərhal saxlanılıb.

Qeyd edək ki, bu ilin iyun ayında Emmanuel Makron ölkənin cənub-şərqinə rəsmi səfəri zamanı yerli sakin ona şillə vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR