Ərdoğan: “NATO sammitində gündəmimizdə olan məsələləri müttəfiqlərimizlə müzakirə edəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 09 iyun 2021 15:00 (UTC +04:00)

“NATO sammitində gündəmimizdə olan məsələləri müttəfiqlərimizlə müzakirə edəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, NATO zirvəsində ABŞ Prezidenti Co Bayden başda olmaqla Litva, Almaniya, İngiltərə, Yunanıstan liderləri ilə və uyğun zaman olduqda digər ölkə başçıları ilə təkbətək görüşlər keçirəcək: “Brüsseldəki proqramlarımızda terrorla mübarizə planlarımıza və ölkəmizin təhlükəsizlik haqlarına önəm verəcəyik. Türkiyə olaraq yer aldığımız hər platformada biz öz prinsipial mövqeyimizi ortaya qoyuruq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR