Ərdoğan: “Türkiyəyə böhtan atanlar arasında Avropadakı erməni terror təşkilatları da var”

Ərdoğan: “Türkiyəyə böhtan atanlar arasında Avropadakı erməni terror təşkilatları da var”

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 09 iyun 2021 13:49 (UTC +04:00)

“Bu gün dünyada ölkəmizə iftira atan, Türkiyəni  günahkar çıxarmağa çalışanların arxasında 3-4 terror təşkilatınının olduğunu görürük”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, bunlardan biri də seraratçı PKK terror təşkilatı, bu təşkilatın törəmələri və FETÖ-cülərdi: “Ölkəmizə qarşı ararılan böhtan kamraniyalarına keçmişdən bəri Avrorada əli qana bulaşan erməni terror təşkilatları qoşulublar. Təbii ki, bəzi siyasətçilərimiz də bir siyahıda yer alır. Bu millət düşmənlərinin  terror təşkilatları, mütəşəkkil cinayətkar dəstələrlə əlbir olmalarından, əlbəttə, təəssüf edirik. Bütün bunlar əsasən eyni mənbələrdən bəslənirlər”.

Türkiyə Prezidenti deyib ki, bütün bu məsələlər xalqla birlikdə müzakirə olunacaq və mübarizə tədbirləri davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR