Ərdoğan Zelenskini Ukraynanın müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukraynanın Prezidenti Vladimir Zelinski

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukraynanın Prezidenti Vladimir Zelinski

# 22 avqust 2021 23:24 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Prezidenti Vladimir Zelinski ilə telefonla danışıb.

APA-nın yerli bürosunun Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbərinə görə, V.Zelinski ilə telefon söhbətində Türkiyə prezidenti meşə yanğınlarında Ukraynanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Həmçinin, Ərdoğan Ukraynanın müstəqilliyinin 30 illiyi münasibətilə həmkarını təbrik edib, ikitərəfli əlaqələrin inkişafından danışıb.

Liderlər regional məsələlərlə bağlı müzakirələr də aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR