Fransa XİN Yunanıstanı Rusiya və Çinin peyvəndlərini tanıdığına görə qınayıb

Fransa XİN Yunanıstanı Rusiya və Çinin peyvəndlərini tanıdığına görə qınayıb
# 11 iyul 2021 19:31 (UTC +04:00)

Fransa Xarici İşlər Nazirliyinin katibi Kleman Bon, Yunanıstanın Rusiyada və ya Çində istehsal olunan peyvəndləri alan sərnişinlərin öz ərazilərinə buraxdığına görə, təəssüfləndiyini bildirib.

APA bildirir ki, o bu barədə “Europe 1” radiostansiyasının efirində danışıb.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü, Rusiya Federasiyası və ÇXR peyvəndləri barədə bir sualı cavablandırarkən deyib ki, Yunanıstanı qınamırıq, ancaq Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş dörd peyvəndin Avropada tanınmasını üstün tuturuq: "Yunanıstanın digər peyvəndləri olan insanların ölkəsinə gəlməsinə icazə verdiyinə təəssüf edirəm. Bu, siyasi bir məsələ deyil, Avropa ölkələri üçün ümumi mövqe var. Fransa da daxil olmaqla əksər Avropa ölkələri yalnız dörd peyvəndi tanıyırlar.

Fərqli bir mövqedə olan yalnız üç ölkə var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR