Gürcüstanda banka silahlı basqın edən şəxs tutulub - YENİLƏNİB 1

Gürcüstanda banka silahlı basqın edən şəxs tutulub - YENİLƏNİB 1
# 09 sentyabr 2021 19:22 (UTC +04:00)

Gürcüstanda bank filialına silahlı basqın edən şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi Keti Kovziaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxsə qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işi açılıb. DİN nümayəndəsi qeyd edib ki, silahlı şəxsin saxlanılması ilə bağlı polisin xüsusi əməliyyatı uğurla başa çatıb, girov götürülənlərin səhhəti qaydasındadır.

Qeyd edək ki, silahlı şəxs “Gürcüstan Bankı”nın Kaxeti rayonunun Kvareli bələdiyyəsində yerləşən filial binasına basqın edib, binanın içərisindəki 15-dək bank işçisi və müştərini girov götürüb. O, aparılan danışıqlar nəticəsində az sonra girovların hamısını azad edib.

Basqını törədən şəxsin yarım milyon lari tələb etdiyi bildirilib.

Onun kimliyi hələlik açıqlanmır.

***

17.40

Gürcüstanın Kvareli bələdiyyəsində banka silahlı hücum zamanı girov götürülən bütün şəxslər sərbəst buraxılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Kaxeti rayonu üzrə dövlət nümayəndəsi İrakli Şioşvili bildirib.

Onun sözlərinə görə, bank binasında girov qalmayıb, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ilə hücumu törədən şəxs arasında danışıqlar davam etdirilir.

***

17:13

Gürcüstanın Kvareli bələdiyyəsində banka hücum zamanı girov götürülənlərdən bir neçəsi sərbəst buraxılıb.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, ümumilikdə 20 işçisi olduğu bildirilən bank binasında ən az iki girovun hələ də qaldığı açıqlanıb.

Məlumata görə, basqını törədən şəxs yarım milyon lari tələb edir.

Gürcüstan DİN qarətçinin kimliyinin hələ müəyyən edilmədiyini açıqlayıb.

***

16:14

Gürcüstanın Kaxeti rayonunda silahlı şəxs banka hücum edərək içəridəki şəxsləri girov götürüb.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, silahlı şəxs rayonun Kvareli bələdiyyəsində yerləşən Gürcüstan Bankı filialına basqın edərək bank işçilərini və müştərilərini girov götürüb. Onun əlində qumbara olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin banka hücumla bağlı yaydığı məlumatda bildirilib ki, basqınla əlaqədar məlumatın daxil olmasından dərhal sonra qurumun əməkdaşları hadisə yerinə səfərbər ediliblər. Qeyd olunub ki, polis ərazini mühasirəyə alıb, bütün təcili və təxirəsalınmaz tədbirləri görür.

Nazirlik hadisə ilə bağlı araşdırmalara və operativ istintaq tədbirlərinə başlanıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR