Gürcüstanda COVID-19-a yoluxanların sayı 366 mini keçib

Gürcüstanda COVID-19-a yoluxanların sayı 366 mini keçib
# 30 iyun 2021 11:19 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1010 yoluxma halı qeydə alınıb, 19 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 366 078, xəstəlikdən ölənlərin sayı isə 5 316 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 351 747 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR