Gürcüstanda həbsxanada baş verən yanğında 2 məhbus ölüb

Gürcüstanda həbsxanada baş verən yanğında 2 məhbus ölüb
# 15 oktyabr 2021 10:37 (UTC +04:00)

Gürcüstanda həbsxanada baş verən yanğın nəticəsində iki nəfər həlak olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Yanğın Rustavidə 17 saylı cəzaçəkmə müəssisəsinin mətbəxində baş verib, iki məhbus həlak olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR