Gürcüstanda koronavirusa daha 964 yoluxma halı qeydə alınıb

Gürcüstanda koronavirusa daha 964 yoluxma halı qeydə alınıb
# 02 iyul 2021 11:01 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 964 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 368 022, xəstəlikdən ölənlərin sayı isə 5 335 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 353 231 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR