Gürcüstanda koronavirusa yoluxanların sayı 675 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 675 mini ötüb
# 20 oktyabr 2021 10:46 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 219 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 675 771, ölənlərin sayı isə 9 588 nəfərə çatıb.

Virusa yoluxanlardan 619 258 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR