Gürcüstanda koronavirusa yoluxanların sayı 721 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 721 mini ötüb
# 01 noyabr 2021 10:34 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 141 yoluxma halı qeydə alınıb, 44 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 721 388, ölənlərin sayı isə 10 089 nəfərə çatıb. Virusa yoluxanlardan 665 599 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR