Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölüb
# 21 iyun 2021 10:49 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 260 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 359 141, ölənlərin sayı isə 5 175 nəfərə çatıb. Virusa yoluxanlardan 345 582 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR