Gürcüstanda son sutkada 64 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutkada 64 nəfər koronavirusdan ölüb
# 24 noyabr 2021 10:34 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 201 yoluxma halı qeydə alınıb, 64 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 822 383, ölənlərin sayı isə 11 679 nəfərə çatıb. Virusa yoluxanlardan 763 755 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR