Gürcüstanda son sutkada COVID-19-a 1 398 yoluxma qeydə alınıb, 11 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-a 1 398 yoluxma qeydə alınıb, 11 nəfər ölüb
# 15 iyul 2021 10:59 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 398 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 382 734, xəstəlikdən ölənlərin sayı isə 5 503 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 362 491 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR