Gürcüstanda son sutkada COVID-19-a 5206 yoluxma halı qeydə alınıb, 53 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-a 5206 yoluxma halı qeydə alınıb, 53 nəfər ölüb
# 04 noyabr 2021 10:46 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 206 yoluxma halı qeydə alınıb, 53 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 738 171, ölənlərin sayı isə 10 238 nəfərə çatıb.

Virusa yoluxanlardan 678 288 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR