Gürcüstanda son sutkada koronavirusdan 28 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 28 nəfər ölüb
# 28 may 2021 11:04 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1056 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 341 894, xəstəlikdən ölənlərin sayı isə 4 727 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 324 426 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR