Gürcüstanda son sutkada koronavirusdan 30 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 30 nəfər ölüb
# 04 oktyabr 2021 10:47 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 897 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 618 650, ölənlərin sayı isə 9 068 nəfərə çatıb.

Virusa yoluxanlardan 591 668 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR