Gürcüstanın Baş naziri: “Türkiyə, Gürcüstan və Azərbaycanın təqdirəlayiq əməkdaşlığı və dostluğu mövcuddur”  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuat konfransında

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuat konfransında

# 01 iyun 2021 21:26 (UTC +04:00)

“Türkiyə, Gürcüstan və Azərbaycan regionda eyni taleyi yaşayır və bu üç ölkənin güclü bağları var, bu çərçivədə bizim təqdirəlayiq əməkdaşlığımız, dostluğumuz mövcuddur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Ankarada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və heyətlərarası görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. İ.Qaribaşvili bu baxımdan ikitərəfli və üçtərəfli formatların inkişaf etdirilməsi istiqamətində müzakirələrin aparıldığını vurğulayıb.

Regiondakı mövcud durumla, işğal altındakı torpaqlarla bağlı Türkiyə liderilə müzakirələr aparıldığını deyən Baş nazir regiondakı münaqişənin həlli üçün sülhdən başqa alternativ yol olmadığı qənaətini paylaşıb.

“Bu görüşün ölkələrimiz üçün böyük əhəmiyyəti olacağını düşünürəm”, deyən İ.Qaribaşvili Türkiyənin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsinə görə də xüsusis təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR