Hindistanın xarici işlər naziri Gürcüstanda səfərdədir

Hindistanın xarici işlər naziri Gürcüstanda səfərdədir
# 09 iyul 2021 20:49 (UTC +04:00)

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Gürcüstana səfərə gəlib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani özünün "Twitter" hesabında paylaşım edib.

Bildirib ki, bu səfər Hindistan və Gürcüstan arasında əlaqələri gücləndirərək yeni mərhələyə qaldıracaq.

Hindistan XİN başçısının iyulun 10-dək davam edəcək səfəri çərçivəsində Tbilisidə Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, xarici işlər naziri David Zalkaliani, habelə, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava ilə görüşləri planlaşdırılıb.

Qeyd edək ki, Gürcüstana ilk rəsmi səfərini edən S.Caişankar özü ilə birlikdə Kraliça Ketevanın qalıqlarını gətirərək Gürcüstana hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR