Hulusi Akar: “Ordumuz Türkiyədə, Azərbaycanda sülhə töhfə vermək üçün var gücü ilə çalışır”

Hulusi Akar: “Ordumuz Türkiyədə, Azərbaycanda sülhə töhfə vermək üçün var gücü ilə çalışır”

© APA | Hulisi Akar, Türkiyənin milli müdafiə naziri

# 06 iyun 2021 13:32 (UTC +04:00)

“Türkiyə Silahlı Qüvvələri, ölkəmizdə, Azərbaycanda,  Kipr, Liviya, Şərqi Aralıq dənizi, Suriya və İraqın şimalında, eləcə də bir çox coğrafiyada həm Türkiyənin, həm də dostlarımızın, qardaşlarımızın təhlükəsizliyini, hüquqlarını qorumaq, qlobal sülhə, rifaha,  sabitliyə töhfə vermək üçün var gücü ilə çalışır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Şərq Aralıq dənizində “DENİZKURDU-2021” təlimlərini müşahidə etdikdən sonra  çıxış edərkən bildirib.

H.Akar deyib ki, Türkiyə ordusunun uğurunu həzm etməyən qüvvələr təxribatlar törətməyə cəhd edirlər: “Ordumuza və komandir heyətinə böhtan atmağı vərdiş halına gətirən ordupozanlar var.  Fitnə-fəsad ardınca düşən bu “ordupozanlar” nəcib millətimizin sevgisindən, inamından və dualarından ilham alan Türkiyə ordusunun üç qitədə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara, təlimlərə mane ola və kölgə sala bilməyəcəklər.

Türkiyə Silahlı Qüvvələri, min illərdən süzülüb gələn  milli, mənəvi və  peşə dəyərlərimizə söykənərək ağılın, məntiqin, elmi biliklərinin işığında, konstitusiyamız və qanunlar çərçivəsində öz vəzifəsini şərəflə icra etməkdədir və bunu əzmlə davam etdirəcəyik. Buna heç kim şübhə etməməlidir”, deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR