İranla nüvə danışıqları bərpa olunur

İranla nüvə danışıqları bərpa olunur
# 04 noyabr 2021 01:16 (UTC +04:00)

İranla nüvə müzakirələri noyabrın 29-da Vyanada bərpa oluna bilər.

APA-nın xəbərinə görə, bu barədə İranın xarici işlər nazirinin müavini Əli Baqeri rəsmi “Twitter” səhifəsində bildirib.

Diplomat əlavə edib ki, müvafiq qərar birgə komissiyanın əlaqələndiricisi Enrike Moro ilə görüşdə əldə edilib: “Enrike Moro ilə görüşdə biz noyabrın 29-da Vyanada danışıqlara başlamağı qərara aldıq”.

Qeyd edək ki, Vyanada aprel ayından “beynəlxalq beşlik”lə (Rusiya, Böyük Britaniya, Almaniya, Çin, Fransa) İran arasında nüvə razılaşmasının ilkin variantda qəbul edilməsi ilə bağlı danışıqlar aparılır. Beşlik ölkələri İranın iştirakı olmadan ABŞ-la da danışıqlar aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR