Kiyev məhkəməsi sabiq energetika nazirinin həbsinə qərar verib

Kiyev məhkəməsi sabiq energetika nazirinin həbsinə qərar verib
# 08 dekabr 2021 13:01 (UTC +04:00)

Kiyevin Peçora rayon məhkəməsi keçmiş energetika və daş kömür sənayesi naziri Vladimir Demçişinin həbs olunması barədə istintaqın müraciətinə müsbət cavab verib.

APA Ukraynanın “Qlavkom” saytına istinadən xəbər verir ki, eks-nazir Donbasın separatçıların nəzarəti altında olan ərazisində çıxarılan daş kömürün qanunsuz satışını təşkil etməkdə təqsirləndirilir.

Ukrayna Dövlət Sərhəd Xidməti sabiq nazirin hazırda Ukrayna ərazisində olmadığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR