Londonda koronavirus məhdudiyyətlərinə etiraz edən 14 nəfər saxlanılıb

Londonda koronavirus məhdudiyyətlərinə etiraz edən 14 nəfər saxlanılıb
# 22 iyun 2021 01:12 (UTC +04:00)

Böyük Britaniyanın paytaxtı Londonda koronavirus məhdudiyyətlərinə etiraz olaraq nümayiş keçirilib.

Hüquq-mühafizə orqanları tərəfindən qanunsuz keçirilən nümayiş dağıdılarkən 3 polis əməkdaşı yaralanıb.

Şəhər polisinin məlumatına görə, 14 nəfər saxlanılıb. Onların yolu bağladıqları, ictimai asayişi pozduqları və polisə hücum etdikləri bildirilib.

Ölkə mediası nümayişdə bir neçə yüz nəfərin iştirak etdiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR