Meksikada dəhşətli yol qəzasında ölənlərin sayı 19 nəfərə çatıb - FOTO - YENİLƏNİB

Meksikada dəhşətli yol qəzasında ölənlərin sayı 19 nəfərə çatıb - FOTO  - YENİLƏNİB
# 07 noyabr 2021 05:14 (UTC +04:00)

Meksikada yük maşınının altı avtomobilə çırpılması nəticəsində 19 nəfər ölüb, 3 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə ölkənin Federal Yollar və Körpülər İdarəsi məlumat yayıb.

Bildirilib ki, faciəyə səbəb olan yük maşınının sürücüsü də həlak olub: “Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləri davam etdirir, magistralda hər iki istiqamətdə nəqliyyatın hərəkəti bağlanıb”.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib.

***

03:54

Meksikada 18 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

APA xəbər verir ki, bu barədə yerli “Milenio” nəşri yazıb.

Hadisə Meksika-Puebla şossesində qeydə alınıb.

İlkin məlumatlara görə, yüksək sürətlə hərəkətdə olan yük maşınının əyləci sıradan çıxıb. Bu zaman yük maşını qarşıda gediş haqqını ödəmək üçün növbəyə duran bir neçə avtomobilə çırpılıb.

Zərbənin gücündən alov baş verib və 10 avtomobil yanıb.

Nəşrin yazdığına görə, insanlar yanğın zamanı həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR