Moldova mavi yanacağı Rusiyadan hansı qiymətə alacağını açıqlayıb

Moldova mavi yanacağı Rusiyadan hansı qiymətə alacağını açıqlayıb
# 30 oktyabr 2021 13:48 (UTC +04:00)

Moldova mavi yanacağı Rusiyadan hansı qiymətə alacağını açıqlayıb.

APA-nın RİA-Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldova Baş nazirinin müavini Andrey Spinu "Facebook" səhifəsində məlumat verib.

"Hazırda deyə bilərəm ki, indiki bazar qiymətlərinə əsasən noyabrda qiymət min kubmetr üçün təxminən 450 dollar olacaq. İndiki şəraitdə bu, bazar qiymətindən 2 dəfə aşağı, həmçinin oktyabrda ödədiyimizdən (790 dollar) aşağı qiymət olacaq", -deyə nazir müavini qeyd edib.

O əlavə edib ki, Moldova ilə "Qazprom" arasında müqaviləyə siyasi şərtlər daxil deyil.

"Spekulyasiyadan qaçmaq üçün bildirim ki, imzalanmış protokolda heç bir siyasi şərt nəzərdə tutulmur və heç bir şəkildə Dnestryanı regionun adı çəkilmir”, - Spinu yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR