NATO Baş katibi Boris Consonla görüşüb

Yens Stoltenberq və Boris Conson

© APA | Yens Stoltenberq və Boris Conson

# 02 iyun 2021 19:04 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşüb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, görüş NATO Baş katibinin Londona səfəri çərçivəsində baş tutub.

Görüş zamanı iyunun 14-də Britaniyada keçiriləcək NATO sammitinə hazırlıq müzakirə edilib.

Baş nazir Britaniyanın Şərqdən gələn təhdidlərə qarşı NATO müttəfiqləri ilə çiyin-çiyinə dayanacağını bildirib.

Y. Stoltenberq isə Britaniyanın NATO-nun ən sadiq müttəfiqlərindən biri olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR