Niderland polisi limanda 1,4 ton kokain ələ keçirib

Niderland polisi limanda 1,4 ton kokain ələ keçirib
# 01 oktyabr 2021 08:44 (UTC +04:00)

Niderland polisi ölkənin qərbindəki Rotterdam limanında həyata keçirilən əməliyyat zamanı 1,4 ton çəkidə kokain ələ keçirib.

APA xəbər xəbər verir ki, bu barədə “Prensa Latina” məlumat yayıb.

Rəsmi açıqlamaya görə, narkotik Kolumbiyadan gələn kakao konteynerində aşkar olunub və bir fransız şirkəti üçün nəzərdə tutulub.

Aşkar edilən narkotik maddənin qeyri-rəsmi bazardakı dəyəri 105 milyon avrodur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR