Oktyabrın 11-də Gürcüstanda matəm elan edilib

Oktyabrın 11-də Gürcüstanda matəm elan edilib
# 09 oktyabr 2021 11:53 (UTC +04:00)

Oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qərar imzalayıb.

Bildirilib ki, ötən gün Batumidə yaşayış binasının çökməsi nəticəsində həlak olanların xatirəsi 11 oktyabrda matəmlə anılacaq.

Qeyd edək ki, Batumidə binanın çökməsi nəticəsində 6 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR