Polşa-Belarus sərhədində 8 qanunsuz miqrant bataqlığa düşüb

Polşa-Belarus sərhədində 8 qanunsuz miqrant bataqlığa düşüb
# 19 sentyabr 2021 23:36 (UTC +04:00)

Polşa sərhədçiləri Belarusla dövlət sərhədini qanunsuz keçmək istəyərkən bataqlığa düşən 8 miqrantın çıxarılmasına kömək edib.

APA xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi Xidmətinin mətbuat katibi Anna Miçalskaya bildirib.

A.Miçalskayanın sözlərinə görə, hadisə bazar günü səhər saat 10 radələrində Suprasl çayı yaxınlığında Penki ərazisində baş verib.

Miqrantlardan beşi kişi, üçü qadındır. Onlardan 7-si xəstəxanaya yerləşdirilib, digər 1 nəfərin tibbi yardıma ehtiyacı olmayıb.

Polşa sərhəd xidmətinin ilkin məlumatlarına görə, xilas edilənlərin biri Konqo, yeddisi isə Suriya vətəndaşıdır. Hazırda onlar barəsində məlumatlar dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR