Rumıniyada COVID xəstəxanasında yanğın olub, ölənlər var

Rumıniyada COVID xəstəxanasında yanğın olub, ölənlər var
# 01 oktyabr 2021 12:53 (UTC +04:00)

Rumıniyada xəstəxanada yanğın olub, ölənlər var.

APA-nın AP-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rumıniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin şərqində yerləşən Konstanta şəhərində COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada bu gün səhər saatlarında yanğın başlayıb.

Nazirlikdən o da bildirilib ki, hadisə nəticəsində ölən və yaralananların sayı mətbuat brifinqində açıqlanacaq.

Yerli mətbuatın yazdığına görə, yanğında ən azı 4 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR