Şimali Makedoniyada COVID xəstəxanasında yanğın zamanı azı 10 nəfər ölüb

Şimali Makedoniyada COVID xəstəxanasında yanğın zamanı azı 10 nəfər ölüb
# 09 sentyabr 2021 03:24 (UTC +04:00)

Şimali Makedoniyanın Tetovo şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada baş vermiş yanğın nəticəsində azı 10 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Venko Filipçe şəxsi “Twitter” səhifəsində yazıb.

“Hazırda yanğında 10 nəfərin öldüyü təsdiqlənib, lakin bu rəqəm arta bilər”, - deyə Filipçe bildirib. Nazir, həmçinin ölənlərin ailələrinə başsağlığı verib.

Bundan bir qədər əvvəl Filipçe bildirmişdi ki, “yanğın artıq söndürülüb, zərərçəkənlərə yardım göstərmək üçün bütün təcili tibbi yardım qrupları səfərbər edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR