Şotlandiyada iki yaşayış binası partlayış nəticəsində dağılıb

Şotlandiyada iki yaşayış binası partlayış nəticəsində dağılıb
# 19 oktyabr 2021 00:38 (UTC +04:00)

Şotlandiyanın cənub-qərbində Ere şəhərində baş verən partlayış nəticəsində iki yaşayış binası dağılıb.

APA “Daily Express” nəşrinə istinadən xəbər verir ki, partlayışa məişət qazının sızması səbəb olub.

Partlayış səsinin bir neçə kilometr aralıda hiss edildiyi bildirilib.

Şəhər Yanğınsöndürmə xidməti partlayışdan sonra yaranan yanğını söndürüb. Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR